Bakıda gənc qız yoxa çıxdı

Bakıda gənc qız yoxa çıxdı

Bakıda 19 yaşlı qız itkin düşüb.

Oxu.Az xəbər verir ki, mayın 31-də paytaxtın Nərimanov rayonu, Ə.Əliyev küçəsində yaşayan 2001-ci il təvəllüdlü A.Gənciyeva rayonun Təbriz küçəsi 51 ünvanında yerləşən Bakı İdarəetmə və Texnologiya Kollecindən çıxaraq, naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Bu barədə hüquq-mühafizə orqanlarına onun atası ərizə ilə müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

Könül Cəfərli

Mənbə: www.oxu.az