ABŞ-ın federal həbsxanaları etirazlar səbəbindən 25 ildə ilk dəfə bağlandı

ABŞ-ın federal həbsxanaları etirazlar səbəbindən 25 ildə ilk dəfə bağlandı

ABŞ-da 25 ildə ilk dəfə olaraq bütün federal həbsxanalar bağlanıb. Bu qərar həbs edilmiş afroamerikalı Corc Floydun ölümündən sonra ölkəni bürüyən iğtişaşlar fonunda qəbul edilib. Banker.az xəbər verir ki, bu barədə “Government Executive” nəşriyyatı məlumat verib.

“Həbsxana Bürosu səhər saat 4:00-da ölkə daxilində davam edən iğtişaşlar səbəbindən milli lokdaun rejimini tətbiq edib”, – mesajda deyilir.

Qeyd edək ki, ümumilikdə ABŞ-ın 122 federal həbsxanasında 165,5 min məhbus saxlanılır. Həbsxana işçilərinin ümumi sayı demək olar ki, 37 min nəfərdir. Büronun qeyd etdiyi kimi, bu tədbirlər məhkumların və işçilərin təhlükəsizliyini təmin etmək üçün zəruridir. Lokdaun rejimi ölkədəki iğtişaşlar sona çatana qədər qüvvədə olacaq.

Nəşrin daha əvvəl verdiyi məlumata görə, Covid-19 koronavirusunun yayılması ilə əlaqədar olaraq ABŞ-ın federal məhkəmələrində “qismən bloklama” rejimi qüvvədə idi. O aralıqda məhbuslara çölə çıxmadan 14 gün ərzində kameralarında qalmaq göstərişi verilmişdir.

Mənbə: banker.az