Şri-Lanka sərhədlərini turistlər üçün açır

Şri-Lanka hakimiyyəti avqustun 1-də sərhədləri turistlər üçün açmağı planlaşdırır. Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, ilk mərhələdə yalnız azyaşlı qruplar qəbul olunacaq.

Şri-Lankanın Turizm Təşviqi Bürosunun rəhbəri Kimali Fernandonun sözlərinə görə, avqust ayından etibarən dünyanın müxtəlif yerlərindən kiçik qrupların ölkəyə girişinə icazə veriləcək. Onlar ciddi təhlükəsizlik tədbirləri tətbiq edən beşulduzlu otellərdə qalmalıdırlar.

Qonaqlardan COVID-19-a yoluxmamaları barədə arayış tələb olunacaq. Bundan əlavə, onların hava limanında da testlərin keçirilməsi gözlənilir.

Qərara əsasən, müstəqil turistlərin Şri-Lankaya daxil olmasına icazə verilməyəcək.

Pərvanə Sultanova
Azvision.az

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Nazirliyin qarşısında aksiya keçirən tələbə həbs edildi

SONRAKI XƏBƏR

İyun ayında qeyri-iş günlərinin sayı bəlli oldu