Cənubi Koreyada COVID-19-a yoluxanların sayı 11,5 mini ötdü

Cənubi Koreyada son bir gündə COVID-19-a 38 yeni yoluxma qeydə alınıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəz bildirib.

Mərkəzin məlumatına görə, bununla da ölkədə virusa yoluxanların ümumi sayı 11 541-ə çatıb. Qeyd edilir ki, COVID-19-a yoluxmuş ümumilikdə 10 446 pasiyent sağalıb.

Cənubi Koreyada 272 insan pandemiyanın qurbanı olub.

Son zamanlar Cənubi Koreyada COVID-19-a gündəlik 30-80 yoluxma qeydə alınır. Hərçənd aprelin əvvəllərindən yeni yoluxma hallarının sayı gündə tədricən 10-20 hala qədər azalıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Murad Arifə "MTV Azərbaycan"da vəzifə verildi

SONRAKI XƏBƏR

Gecə saatlarında 19 yaşlı gənc bıçaqlandı