Çində son 3 həftədə koronavirusa ən çox yoluxma halı qeydə alındı

Çində son gün ərzində koronavirua 16 yeni yoluxma faktı aşkarlanıb.

Unikal.org xəbər verir ki, bu sözü gedən ölkədə son 3 həftədə ən yüksək göstəricidir. Həmçinin qeyd olunub ki, yoluxma faktlarının 11-i Siçuan bölgəsində qeydə alınıb.

Onların hamısının Çinə xaricdən gəldiyi bildirilib. Xatırladaq ki, yeni növ koronavirus (Covid-19) infeksiyası Çinin Uhan şəhərində meydana gəlib. Virus Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan olunub.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Klinika sahibinin qətl törədən oğlu hakim qarşısına çıxarıldı

SONRAKI XƏBƏR

Bakıda əyləncə salonlarında karantin qaydaları pozulub, 25 nəfər saxlanılıb