Qazaxıstan Azərbaycana aviareysləri bərpa edə bilər

Qazaxıstan Azərbaycana aviareysləri bərpa edə bilər

“Bu yaxınlarda qurumlararası komissiya iclas keçirib və iyunun 1-dən üç ölkəyə - Koreya Respublikası, Çin və Azərbaycana aviareyslərin bərpa olunması məsələsinin nəzərdən keçirilməsinə qərar verilib”.

“Report” “Kazinform”a istinadən xəbər verir ki, bunu Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişafı naziri Beybut Atamkulov beynəlxalq uçuşların bərpa edilməsi məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu üç ölkənin seçilməsi COVID-19 ilə bağlı qiymətləndirməyə əsaslanır.

“Ən təhlükəsiz ölkələr üzrə reytinq var və buna uyğun hərəkət edirik. Növbəti istiqamətlər Almaniya, BƏƏ, Çexiya və Tailand kimi ölkələrə ola bilər”, - nazir bildirib.

Mənbə: report.az