"Özəl məktəblər şagird və valideynləri necə aldadır?" – “Hədəf” liseyinin direktoru və ekspertlər DANIŞDI

"Özəl məktəblər şagird və valideynləri necə aldadır?" – “Hədəf” liseyinin direktoru və ekspertlər DANIŞDI

Koronavirus pandemiyası səbəbilə orta vəali məktəblərdə təhsil-tədris prosesinin dayandırılması bir sıra əlavə problemlərinyaranmasına səbəb olub. Onlayn dərslərin yaratdığı çətinliklər öz yerində, ammaproblem təkcə bununla yekunlaşmır. Söhbət ödənişli təhsil müəssisələrində dərsdən sonrakı məşğələlər və qida ödənişlərinin sonrakı taleyindən gedir.

Sfera.az xatırladır ki, karantin dönəmindəməktəblər bağlandığından şagirdlərlə fərdi şəkildə məşğul olunmur, dərslərolmadığı üçün şagirdlərə yemək verilmir. Karantin dövründə özəl məktəblərşagirdlər qarşısında öhədliyini əsasən 2 istiqamətdə yerinə yetirə bilmədi. Dərsdənsonra məşğələlər və yemək. Amma bəzi tədris müəssisələri valideynlərdən 100faiz ödəniş tələb edir.

Hətta bəzi məktəblərin təhsil haqqı iləbağlı ödənişləri "qara mühasibatlıq” vasitəsilə alması və vergidən yayınmasıhaqda da informasiyalar var. Təbii ki, belə özəl məktəblərin fəaliyyətiyoxlanmalı və ciddi tədbirlər görülməlidir. Artıq bəzi özəl məktəblərdəki buqanunsuzluq hallarına görə valideynlər uşaqların məktəblərini dəyişməyə qərarverib.

Mövzunun aktuallığını nəzərə alanSfera.az mövzu ilə bağlı "Hədəf” liseyinin direktoru Şəmil Sadiqin fikirləriniöyrənib: "Mart ayından onlayn dərsləri tamolaraq həyata keçirmişik. Əvvəlki planımız belə idi ki, iyunun 1-də dərslər bərpaolunsa, biz kompensasiya anlamında iyulun birinə qədər tədris ilini uzadaq. Yəni,valideynlərin ödədiyi yemək pulunu qarşılaya bilək ki, narazılıq olmasın. Ammatəəssüf ki, bu variant alınmadı. Odur ki, hazırda sözügedən məsələ iləbağlı iclaclar keçirib müzakirələraparırıq. İlk gəldiyimiz qərar belədir ki, ölkə üzrə dərslər sentyabrın 15-ibaşlasa da, bizim liseydə dərslər sentyabrın 1-i başlasın”.

Şəmil Sadiq öncədən alınmış ödənişlərintaleyi haqda isə bunları deyib: ”Biz imkansız ailələrin əksəriyyətinə güzəştləredirik, həmin valideynlər onsuz da ilboyu yemək xərcindən azad edilir. Bu baxımdan, hələlik yemək pulu ilə bağlıkonkret qərar verməmişik. Bir də ki, valideynlərimiz arasında 50-60 nəfər varki, yanvar ayından bəri nəinki yemək pulunu, heç təhsil haqqını da ödəməyib”.

"Siz öncədən 100% ödəniş aldıqlarınızayemək və əlavə məşğələ pulunu geri verirsinizmi?!” sualımıza isə onun cavabıbelə olub: "Bizim liseydə əlavə məşğələlər nəzərdətutulmayıb. Şagirdlərimiz səhər saat 8-dən axşam saat 16-ya, 17-yə qədər məktəbdəolurdular. Biz dərsi dərsdə öyrədirik. Amma mart ayından bu günə qədər səhərsaat 11-dən axşam saat 16.30-a qədər onlayn dərslər keçmişik. Ortada yalnız yeməkpulu məsələsidir. Bu da aya 100 manat edir, demək üç aya hər valideyn 300 manatödəniş edib. Bu məsələdə də hər hansı bir formada validenlərimizlərazılaşacağıq”.

"Ödəniş edilərkən rəsmi kassa çeki təqdimedirsinizmi?” sualına cavabında isə lisey direktoru bildirib ki, pandemiyadövründə müəyyən istisnalar olub: "Biz "Hədəf” liseyi olaraq rəsmi fəaliyyətgöstəririk. Hər bir valideynə mütləq mənada rəsmi ödəniş qəbzi təqdim edilir.Amma pandemiya və karantin dönəmində valideynlər arasında onlayn ödəniş edənləraz deyil. Kimisi kartdan liseyin hesabına pul keçirir, kimisi də kartdan kartapul köçürür. Amma bütün ödənişlər banka yönləndirilir. Liseyin rəsmi hesablarıbankdadı və ödənişlər qəpiyinə qədər sənədləşdirilir”.

Mövzu ilə bağlı saytımıza danışan təhsileksperti Kamran Əsədov isə hesab edir ki, bir çox məktəblər əsassız olaraq ödənişlərtələb edir və bu yolverilməzdir: "Söhbət təkcə uşaq bağçalarındangetmir, orta və ali təhsil məktəbləri də pandemiya dönəmində öz öhdəlikləriniyerinə yetirmədilər. Amma bunun əvəzində keçmədikləri dərslərin, göstərmədiklərixidmətlərin haqqını tələb etdilər. Təbii ki, bu əsassızdır. Çünki yalnız hər hansı xidmət göstərildikdənsonra onun maliyyə tərəfləri həll edilə bilərdi. Yalnız onlayn dərslərin vəyaxud onlayn göstərilən xidmətlərin ödəniş haqqı tələb oluna bilərdi. Təssüfki, Azərbaycanda onlayn xidmətin göstərilməsi ilə bağlı da qanunvericilik aktıyoxdur. Bu səbəbdən bu gün onlayn xidmətlərin özü belə qanunsuzdur və bu məsələdəhər hansı bir tərəf haqlı çıxa bilmir. Özəl müəssisələr onlayn xidmətlər göstərdikləriniqeyd etsə də, bu yetərli deyil. Buna görə də hesab edirəm ki, mütləq şəkildəilk növbədə qanunvericilik aktlarına dəyişiklik edilməlidir, yalnız bundansonra maliyyələşdirmə mexanizmini nəzərdən keçirmək olar”.

Özəl məktəblərdə ödənişlərin kartdankarta köçürülməsi məsələsinə toxunan ekspert bunun yolverilməzliyinivurğulayıb: ”Tədris müəssisələrinə edilənbütün ödənişlər yalnız həmin müəssisənin rəsmi bank hesabına köçürülməlidir,şəxsi kartlara pul köçürülməsi isə yolverilməzdir. Bu məsələ qanunvericilikdə öz əksini tapıb”.

Hüquqşünas Namizəd Səfərovun fikrincəsözügedən problem əsasən özəl təhsil müəssisələri üçün xarakterikdir: "Dövlətin karantinlə bağlı həyatakeçirdiyi tədbirlər sırasında tədris müəssisələrinin xərcləri də nəzərdətutulub. Bu üzdən tədris müəssisələrininmaliyyə xərclərini vətəndaşların üzərinə qoymaq doğru deyil. Qeyd etdiyim kimi,bütün maliyyə xərcləri dövlət tərəfindən ödənilməlidir. Dövlət tərəfindən bu məsələlərinhəlli üçün 1 milyard manatdan artıq pul ayrılıb. Yəni, burda mübahisəli bir məqamyoxdur”.

Hüquqşünas hesab edir ki, istənilənhalda tədris müəssisəsi rəhbərliyininyerinə yetirmədiyi öhdəliklərə, göstərmədiyi xidmətlərə görə vətəndaşlardanpul istəməsi qanunsuzdur: ”Valideynlərin kartdan karta ödəniş etməsi, yaxudkiminsə şəxsi hesabına pul köçürməsi qanuna ziddir. Bu istər-istəməzkorrupsiyaya yol açır. Valideynlər ödənişiyalnız tədris müəssisəsinin rəsmi bank hesabına ödəməlidir”.

Selcan

Sfera.az

Mənbə: sfera.az