Müctəba Zonnur: "Noyabr etirazlarında 230 nəfər öldürülüb, 7 min nəfər yaralanıb"

Müctəba Zonnur: "Noyabr etirazlarında 230 nəfər öldürülüb, 7 min nəfər yaralanıb"

Öldürülənlərdən 22%-i əvvəllər məhkumluğu olmuş şəxslərdir. 7%-i təhlükəsizlik qüvvələri ilə silahlı qarşıdurma zamanı, 16%-i polis və təhlükəsizlik orqanları binalarına hücumda və 31%-i ictimai binalara hücum əsnasında öldürülüb. 26% insan isə etirazçı olmayıb və naməlum şəraitdə qətlə yetiriliblər, - deyə Zonnur etirazçıların öldürülmə formaların açıqlayarkən iddia edib.

Deputatın sözlərinə əsasən, etirazçılar ya ictimai və inzibati binalara hücum zamanı, ya da naməlum şəraitdə öldürülüblər. O, təhlükəsizlik qüvvələrinin dinc etirazçılara xüsusilə baş nayihələrindən açdıqları öldürücü atəşlər barədə heç nə deməyib.
Xatırladaq ki, ötən həftə Beynəlxalq Əfv Təşkilatı- Amnesty İnternational etirazçıların öldürülmə şəkli ilə bağlı hesabat yaymışdı. Həmin sənəddə qeyd edilirdi ki, əldə olan görüntülər və sübutlara əsasən, 4 hal istisna olmaqla, qalan bütün hallarda İran polisi və "Sepah" terror təşkilatının üzvləri etirazçıların baş və bədənlərinin yuxarı ətraflarına atəş açıblar. Bu isə onların etirazçıları öldürmək məqsədi ilə atəş açdığını sübut edir.
Digər tərəfdən, 2019-cu ilin dekabr ayının sonlarında "Reuters" agentliyi adlarını açıqlamadığı iranlı rəsmilərə istinadən etirazlarda azı 1500 insanın qətlə yetirildiyini bəyan etmişdi.

Mənbə: davam.az