ABŞ-da mağazalar, ticarət mərkəzləri talan edilir - VİDEO

ABŞ-da mağazalar, ticarət mərkəzləri talan edilir - VİDEO

ABŞ-da qaradərili Corc Floydun polis əməkdaşı tərəfindən öldürülməsindən sonra ölkədə kütləvi iğtişaşlarla nəticələnən etirazlar keçirilir.

BAKU.WS RT-yə istinadən xəbər verir ki, mövcud vəziyyətlə əlaqədar Amerikanın 40 şəhərində komendant saatı tətbiq olunub.

"Associated Press"in məlumatına görə, Minneapolis, Çİkaqo, Nyu-York, Atlanta, Albuquerque, San Xose, Hyuston, Finiks və Denverdə nümayişçilər polislə kütləvi qarşıdurmalara giriblər.

Son məlumata görə, bu günə qədər iğtişaşlarda iştirak etmiş 1400 nəfər saxlanılıb.

Bundan əlavə müxtəlif şəhərlərdə üzü maskalı və Corc Floydun ölümünə etiraz olaraq mağazaların şüşələrini sındırılıb, soyğunçuluq törədilib.

Ağ Ev rəhbəi Donald Tramp ştatlara rəhbərlik edən qubernatorlardan iğtişaşlarda iştirak edən insanlara qarşı sərt tədbirlərin görülməsini tələb edib.

BAKU.WS

Mənbə: baku.ws