“Məqsəd vətəndaşların sağlamlağını qorumaqdır”

“Məqsəd vətəndaşların sağlamlağını qorumaqdır”

“Hər bir şəxs bilməlidir ki, tibbi maska taxmaq və ünsiyyət zamanı müvafiq məsafəni gözləmək kimi tövsiyələri yerinə yetirmək vacibdir”

Koronavirus bütün dünya ölkələrində gərgin vəziyyət yaradıb. Virusun ikinci dalğasının başlaması mümkündür. Səbəb cəmiyyətdə olan laqeydlik, məsuliyyətsizlik, sosial izolyasiya qaydalarına əməl etməmək və maskalardan istifadə edilməməsidir.

Bu gündən etibarən isə maskadan istifadə etməyən vətəndaşlar cərimə olunacaqlar. Ölkəmizdə karantin qaydalarında yumşalmalar aparıldı. Amma bundan istifadə etmək yox, əksinə daha məsuliyyətli olmaq, infeksiyanın yayılması üçün şərait yaratmamaq lazımdır.

Millət vəkili Musa Qasımlı “Sherg.az”a açıqlamasında bildirib ki, cərimələrin tətbiq edilməsi barədə qanun layihəsində məqsəd vətəndaşların sağlamlağının qorunmasının təmin edilməsidir:

“Hər bir şəxs bilməlidir ki, tibbi maska taxmaq və ünsiyyət zamanı müvafiq məsafəni gözləmək kimi tövsiyələri yerinə yetirmək vacibdir. Bu məsələdə başlıca rolu vətəndaş oynamalıdır. Axı, hər bina, hər adam üzərində polis nəzarəti qoymaq mümkün deyil. Hakimiyyət özündən asılı olanı edir, ancaq bu, kifayət deyil. Başlıca nəzarətçi fərdin özü olmalıdır”.

Mənbə: sherg.az