Müəllimlər niyə məktəbə çağırılır?

Müəllimlər niyə məktəbə çağırılır?

Dünəndən etibarən müəllimlərin məktəblərə çağırılması müzakirələrə səbəb olub.

Axar.az-a daxil olan məlumata görə, bu, dərslərin başlanmasına hazırlıqla deyil, şagirdlərin qiymətləndirilməsi ilə bağlıdır.

Belə ki, müəlimlər şagirdlərin yekun attestasiyası, buraxılış imtahanları, birinci sinfə şagird qəbulu prosesində iştirak üçün iş yerinə çağırılıblar.

Ekspertlər isə bildiriblər ki, müəllimlərin məktəbə çağırılmasının səbəbi qeyri-kafi, yəni “2” qiymət almış şagirdlərin yoxlama imtahanı da ola bilər.

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov saytımıza açıqlamasında mövzu ilə bağlı şəxsi Feysbuk hesabında yaxın saatlarda ətraflı məlumat verəcəyini bildirib.

Mənbə: axar.az