Ən bahalı villasını İsraildə aldı

Ən bahalı villasını İsraildə aldı

Məşhur biznesmen Roman Abramoviç krizis ərəfəsində pullarını əmlaka xərcləmək qərarına gəlib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, oliqarx ən bahalı villasını israildə alıb. Onun yeni evi Tel-Əvivdən 15 metr uzaqlıqda yerləşən Herzliya Pituahdadır.

Abramoviç hələ 2019-cu ildə sözügedən villada kirayə qalıb. Bu ilin yanvarında isə o, evi almaq istədiyini deyib. Roman əmlaka 64,5 milyon dollar ödəyib.

Villa əvvəl britaniyalı milyarder Alan Hivarda aid olub. 2006-cı ildə o, yaxınlıqdakı torpaq sahəsini də alıb, onları birləşdirib. Bu iş adamına 9 milyona başa gəlib. Ev iki il əvvəl satışa çıxarılıb və 100 milyon dollar qiymət qoyulub. Villa 9,5 min kvadratmetrlik ərazini əhatə edir.

Həyətdə tennis sahəsi, böyük hovuz, evin zirzəmisində isə böyük ofis var.

Qeyd edək ki, Abramoviç 2018-ci ildə İsrail vətəndaşı olub və orada biznes qurma imkanı əldə edib. O, 2015-ci ildə o, 25 milyon dollara içərisində otel olan ərazi satın alıb. 2018-ci ildə isə milyarder Tel-Əvivdə böyük ofis tikdirib.

Hazırda Romanın var-dövləti 11,3 milyard dollar dəyərində qiymətləndirilir.

Mənbə: axsam.az