İyunun 3-də ən yuxarı və aşağı temperaturun qeydə alınacağı bölgələr

İyunun 3-də ən yuxarı və aşağı temperaturun qeydə alınacağı bölgələr

Bakı, 2 iyun, AZƏRTAC

İyunun 3-də ölkəmizdə gündüz ən yuxarı temperatur Mərkəzi Aran rayonlarında qeydə alınacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həmin bölgədə havanın temperaturunun gündüz 33-38° isti olacağı ehtimalı var.

Gecə ən aşağı temperatur Yuxarı Qarabağ zonasında, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında müşahidə olunacaq. Belə ki, həmin bölgədə havanın temperaturunun gecə 11-16° isti olacağı proqnozlaşdırılır. Bununla yanaşı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında dağlarda gecə 10-15° isti olacaq.

Bakıda və Abşeron yarımadasında isə havanın temperaturunun gecə 20-23°, gündüz 29-32° isti olacağı gözlənilir.

Mənbə: azertag.az