Yeni Zelandiyada sadəcə 1 müsbət koronavirus faktı qalıb

Yeni Zelandiyada sadəcə 1 müsbət koronavirus faktı qalıb

Yeni Zelandiyada yeni tip koronavirus epidemiyası ilə bağlı sadəcə bir ədəd müsbət yoluxma faktı var.

Primetime.az xəbər verir ki, bu barədə Yeni Zelandiya Baş naziri Cakinda Ardern məlumat verib. O, açıqlamasında sosial məsafə və toplaşma daxil qadağaların ləğv olunacağını bildirib.

Ardern bundan başqa yenidən koronavirusa yoluxma faktlarının qarşısını almaq üçün sərhəd nəzarətlərinin davam edəcəyini qeyd edib.

Məlumat üçün bildirək ki, ölkədə Kovid-19 nəticəsində 21 nəfər ölüb, 1.504 nəfər virusa yoluxub.

Mənbə: primetime.az