Floydun qardaşı etirazçıları sülhə çağırdı - FOTOLAR

Floydun qardaşı etirazçıları sülhə çağırdı -  FOTOLAR

ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən boğularaq öldürülməsinə qarşı etirazlar davam edir. Azvision.az “CNN”ə istinadən xəbər verir ki, bu gün onun qardaşı ailələri adından etirazçılara müraciət edərək zorakılıqdan çəkinməyə çağırıb.

Floydın ailəsi aksiyanı dəstəklədiyini, lakin ölkə daxilində çoxsaylı həbslərə səbəb olan talan və zorakılığı qınadıqlarını vurğulayıb.

Floydun qardaşı Terrens Floyd deyib: “O, sizin bunları etməyinizi istəməzdi”.

Bundan başqa, Terrens Floyd etirazçılara barışıq üçün müraciət edib.

Xatırladaq ki, ABŞ-da aksiyalar zamanı 4 min nəfərdən çox etirazçı saxlanılıb, təhlükəsizlik qüvvələrinin 50 əməkdaşı yaralanıb.Paytaxt da daxil olmaqla, 40-dan çox şəhərdə komendant saatı tətbiq edilib.









Mənbə: azvision.az