Məmurlardan aşkarlanan milyonlar büdcəyə verilsin – Deputatdan TƏKLİF

Məmurlardan aşkarlanan milyonlar büdcəyə verilsin – Deputatdan TƏKLİF

“Hansı məmuru vəzifəsindən azad edirlər, onun milyonları ortaya çıxır”.

Bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədrinin müavini Əli Məsimli komitənin iclasında deyib.

Deputat bildirib ki, həmin vəsaitlər büdcəyə yönəldilməlidir:

“Məhkəmə yolu ilə məmurlardan aşkar edilən pullar büdcəyə getməlidir. Bu prosesin icra edilməsi büdcəyə xeyirdir”, - deyə Ə.Məsimli əlavə edib.

Mənbə: milletinsesi.info