Sosial şəbəkələrin tənzimlənməsi istifadəçilərə nə qazandıracaq? - VİDEO

Sosial şəbəkələrin tənzimlənməsi istifadəçilərə nə qazandıracaq? - VİDEO

Ötən həftə ABŞ Prezidenti Donald Trampın sosial şəbəkələrin fəaliyyətini nizama salınması ilə bağlı fərmanından sonra mövzu ətrafında geniş müzakirələr başladı.

Kimisi bu fərmanı söz azadlığının məhdudlaşdırılması, kimisi də cəmiyyətin ictimai fəallarına qarşı psixoloji hücumların qarşısının alınması kimi qiymətləndirdi.

Trampın sözügedən fərmanı ölkəmizdə də bir neçə ildir ki, müzakirə olunan məsələni yenidən gündəmə gətirdi. Sosial şəbəkələrin tənzimlənməsiylə bağlı qərar əsasən, saxta profillərdən istifadə, insanların şərəf və ləyaqətinin qorunması kimi məsələləri özündə əks etdirir. Qərar vəzifəli şəxslər də daxil olmaqla, bütün istifadəçiləri qeyri-etik məzmundan qoruyur.

Üstəlik, qanunla tənzimləndiyi təqdirdə hər bir onlayn media qurumu, bloqer, şirkət və istifadəçilər paylaşımlara, yazılan şərhlərə və ya dezinformasiyaya görə məsuliyyət daşıyır.

Mənbə: www.oxu.az