Corc Floydla vida mərasiminin yeri və vaxtı məlum oldu

Corc Floydla vida mərasiminin yeri və vaxtı məlum oldu

ABŞ-ın Minneapolis şəhərində (Minnesota ştatı) polis tərəfindən öldürülən afroamerikalı Corc Floydun dəfn mərasimi Hyustonda keçiriləcək. “Qafqazinfo” bildirir ki, bu barədə mərasimin təşkilatçılığı ilə məşğul olan “Fort Bend” dəfn bürosu Feysbukda məlumat verib.

Floydla ictimai vida mərasimi iyunun 8-nə, qapalı vida mərasimi isə iyunun 9-na təyin olunub. Bundan sonra afroamerikalı “Houston Memorial Gardens” qəbiristanlığında dəfn olunacaq.

Matəm mərasimlərini Texas, Hyuston və Şarlottda keçirməyi planlaşdırırlar.

Mənbə: qafqazinfo.az