Azərbaycanda adambaşına düşən borcun məbləği açıqlandı

Azərbaycanda adambaşına düşən borcun məbləği açıqlandı

2020-ci ilin yanvarın 1-nə olan məlumata əsasən, dövlət borcunun (xarici və daxili) ümumi məbləği 16 milyard 870 milyon 300 min manat təşkil edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Hesablama Palatasının 2019-cu ilin dövlət büdcəsinin icrasına dair rəyində bildirilib.

Dövlət borcu 2019-cu il üzrə ümumi daxili məhsula (ÜDM) nisbətdə 20.7 faizə bərabərdir. ÜDM-ə nisbətdə adambaşına düşən borc isə 1 milyard 675 milyon 800 min manat təşkil edib.

Ümumi dövlət borcunun 15 milyard 454 milyon 700 min manatı xarici dövlət borcuna, 1 milyard 415 milyon 600 min manatı isə daxili dövlət borcuna aid olub.

Mənbə: www.oxu.az