AzTV-nin operatoru karantinə alındı

Azərbaycan Dövlət Televiziyasının operatorunun koronavirusa yoluxması haqda məlumat yayılıb.

Məsələni dəqiqləşdirmək üçün AzTV ilə əlaqə saxladıq.

Qurumun sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov “Qafqazinfoya açıqlamasında bildirib ki, həmin operator karantinə alınıb:

“Bizim operatorlar hər çəkilişdən əvvəl analiz verirlər. Həkimlər bir operatorun analizindən şübhələniblər. Hələ ki, araşdırma aparılır. Operator karantinə alınıb və yoxlama aparılır. Nəticə ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

İşdən çıxarılan qadınlar məhkəməni uddu

SONRAKI XƏBƏR

Rayonlara getmək istəyənlərin DİQQƏTİNƏ