Koronavirusdan sağalanların sayı 3 milyonu keçdi

Noyabr ayından Çindən yayılmağa başlayan yeni növ koronavirusa yoluxanların sayı artmaqdadır.

Milli.Az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının bugünkü statistikasına əsasən indiyədək 6 milyon yarıma yaxın insanda bu virus aşkarlanıb.

Koronavirusdan sağalanların sayı 3 milyonu ötüb. 382481 nəfər Covid-19 virusu səbəbindən dünyasını dəyişib.

ABŞ koronavirusa yoluxma sayına görə siyahıda birinci yerdədir. Karantin rejiminin tətbiq olunmadığı Braziliya ikinci yerdə qərarlaşıb. Qonşu ölkələrdən Rusiya 3, Türkiyə 10, İran isə 11-ci yerdədir.

Koronavirusdan ən çox ölüm halları ABŞ, Birləşmiş Krallıq və Braziliyada baş verir

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Komendant saatını pozan 15 nəfər güllələndi

SONRAKI XƏBƏR

"Qəbələ"nin baş məşqçisi: "Əsas komandaya futbolçu vermək çempionluqdan daha önəmlidir"