Azərbaycan Dövlət Pantomima Teatrı iyun ayında onlayn nümayiş olunacaq tamaşaları təqdim edir. Olaylar.az bildirir ki, tamaşa teatrın "YouTube" kanalından saat 21.00 da yayımlanacaq.
Belə ki, teatr iyun ayında "Zibillik pərvanələri", "Uçuş", "Duluşçu", "Eşq" tamaşalarını tamaşaçılara onlayn şəkildə təqdim edəcək.
Mənbə: olaylar.az