İdman zallarına gedə bilməyənlərin nəzərinə!

İdman zallarına gedə bilməyənlərin nəzərinə!

Uzun müddətdir evdə davam etdirdiyiniz məşqlərin doğru edilmədiyi təqdirdə yaxşı nəticə verməyəciyini bilirsiniz? İdman zallarında sizi yönləndirən treynerlər ola bilər, ancaq evdə müəlliminiz özünüzsünüz.

Axşam.az buna görə də yarana biləcək problemlərin önünə keçmək üçün sizə aşağıdakı məsləhətləri təqdim edir:

Özünüzü analiz edin!

İdman etməyə olduqca həvəsli olduğunuzu anlayırıq. Böyük ehtimal ki, ediləcək hərəkətlərin hamısını ən qısa zamanda sonlandırmaq istəyirsiniz. Lakin bu doğru üsul deyil. Addım-addım öz performansınızı və edəcəyiniz hərəkətləri analiz etməlisiniz. Mütəmadi idman etməyə başlayan yeni birisinizsə, gündə 45-60 dəqiqəlik məşqlər sizin üçün yetərlidir. Özünüzü hər mövzuda çətinliyə salmayın.

İsinmək və sonlandırmaq!

Güman ki, idmandan öncə hazırlaşmağın önəmli olduğunu eşitmisiniz. Bəs, bunu həqiqətən doğru şəkildə edirsiniz? Əzələləri gərmək fərz etdiyiniz qədər asan deyil, əvvəlcə elastiklik lazımdır və gərilmə vaxtı şəxsə görə dəyişir. Buna görə də məşqə başlamamış isinmə hərəkətlərini düzgün etdiyinizdən əmin olun. Eyni zamanda məşqi bitəndən sonra ən az 15 dəqiqə boyunca əsas hərəkətlərlə sonlandırın.

Tezdən oyanın!

Bir çox insanın bununla bağlı fərqli fikirləri olsa da, əksər şəxslər məşq etmək üçün ən ideal vaxtın səhərin ilk saatları olduğunu iddia edir. Səhər edəcəyiniz 5 km-lik qaçıs vücudunuzun günboyu daha aktiv olmasına təsir edəcək. Bu formada günün digər qismlərində edə biləcəyiniz ağırlıq qaldırma məşqlərinə də rahat gedə bilərsiniz.

Mənbə: axsam.az