Misir milyonlarla dollarlıq silah almağa hazırlaşır

Misir milyonlarla dollarlıq silah almağa hazırlaşır

Misir döyüş təyyarələri, təlim təyyarələri, freqatlar, patrul gəmiləri və hətta hərbi peyklər də daxil olmaqla İtaliyadan müdafiə vasitələri tədarük etməyə hazırlaşır. Ordu.az xəbər verir ki, İtaliya mətbuatının yazdığına görə, İtaliya hökuməti yaxın vaxtlarda sözügedən razılaşmanı təsdiqləyəcək.
Misir və İtaliya uzun müddətdir ki, müzakirə olunan razılaşma üçün danışıqlar aparsalar da, hazırda Liviya münaqişəsində tərəflər arasındakı narazılıq müqavilənin imzalanmasını gecikdirir.
İtaliya və Misir arasında imzalanması və təxminən 10 milyard dollar dəyəri olan müqaviləyə aşağıdakıların daxil edildiyi bildirilir: “Eurofighter Typhoon” qırıcıları, M-346 təyyarələri, FREMM freqatları, “Falag II” patrul gəmiləri, hərbi peyk.
Sevinc Əliyeva
Ordu.az
 

 

Mənbə: ordu.az