İlan sancmaları artır: rayonlara zərdab göndərilb?

İlan sancmaları artır: rayonlara zərdab göndərilb?

Yay fəslinin yaxınlaşması ilə əlaqədar ilanların fəallaşması müşahidə olunur. Artıq bölgələrdə bir neçə şəxsi ilan sancması haqda məlumat da yayılıb.

Maraqlıdır, xəstəxanalar ilan zəhəri əleyhinə zərdabla təmin olunubmu?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, rayon mərkəzi xəstəxanalarının tələbləri əsasında onlar zərdabla təmin olunub.

“Biz rayon mərkəzi xəstəxanalarından aylıq və illik tələbnamələr alırıq. Bu tələbnamələr həm regionda yerləşən əhali sayına, həm də rayonun coğrafi mövqeyinə görə tərtib edilir. Elə bölgələr var ki, orada sancmalar daha çox baş verir. Fəsillərdən asılı olaraq bu tələb dəyişir. Yayda zərdablara tələbat daha çox olur”, - R.Əliyeva bildirib.

Mənbə: axar.az