Avropa Komissiyası koronavirusla mübarizə üçün Yəmənə yardım edəcək

Avropa Komissiyası koronavirusla mübarizə üçün Yəmənə yardım edəcək

Eastnews.org-un verdiyi xəbərə görə, Avropa Komissiyası humanitar yardım qismində Yəmənə 70 milyon avro məbləğində yeni maliyyə yardımı təqdim edəcək.

Bu barədə bu gün Avropa Komissiyasının yayımladığı məlumatda bildirilir.

“Komissiya Yəmənə 70 milyon avro məbləğində yeni maliyyə yardımı göstərəcək, çünki koronavirus artıq aclıq təhlükəsi olan dünyanın ən ciddi humanitar böhranlarından birini daha da ağırlaşdıracağı ilə təhdid edir”, - deyə sənəddə bildirilir.

Avropa Komissiyası bu yardım paketindən 40 milyon avrodan çoxunun koronavirus pandemiyasının ölkədə yayılmasının qarşısını almaq üçün, qalan vəsaitin daxili qarşıdurmadan təsirlənən əhaliyə kömək üçün istifadə ediləcəyini açıqlayıb.

Mənbə: RİA

Mənbə: eastnews.org