Azərbaycanda karantin hansı halda sərtləşdirilə bilər? - BAŞ İNFEKSİONİST

Azərbaycanda karantin hansı halda sərtləşdirilə bilər? - BAŞ İNFEKSİONİST

Koronavirus pandemiyası səbəbilə ölkələrin əksəriyyətində karantin rejimi davam edir.

Ölkəmizdə də həm yoluxma, həm ölüm sayında artım müşahidə olunur. Bu da karantin rejiminin yenidən sərtləşdiriləcəyi məsələsini gündəmə gətirir.

Bu barədə müəyyən fikirlər də səslənir. Karantin rejiminin iyunun ortalarından etibarən sərtləşəcəyi deyilir. İnfeksionist Vasif Əliyev də bu barədə açıqlama verib.

Maraqlıdır, karantin rejiminin sərtləşməsi üçün yoluxma və ölüm sayında hər hansı limit nəzərdə tutulur? Yoxsa digər amillər var ki, sərtləşməyə öz təsirini göstərə bilər?

Bu barədə Cebhe.info-ya açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib ki, sərtləşmə yalnız yoluxma və ölüm halına görə tətbiq oluna bilər:

"Sərt karantin rejiminin tətbiq olunması üçün yoluxma və ölüm sayındakı artım nəzərə alınır. Əgər artım çoxalarsa, bu zaman karantin sərtləşdirilə bilər. Təkcə ölkəmizdə deyil, digər ölkələrdə də bu amil nəzərə alınır. Yoluxma və ölü sayı azdırsa, karantin sərtləşdirilməz".

Naibə
Cebhe.info

Mənbə: cebhe.info