Koronavirusa yoluxanlarda sonsuzluq yaranır?- Həkim rəyi

Koronavirusa yoluxanlarda sonsuzluq yaranır?- Həkim rəyi

Bütün dünyaya təsir edən koronavirus pandemiyası hələ də can almağa davam edir. Dünya ölkələri bu virusun qarşısını almaq üçün müxtəlif peyvəndlər hazırlamağa çalışır. Daha doğru desək, bu virusu məhv edən hər hansı bir peyvənd hələ kəşf olunmayıb. Eyni zamanda virusun insanlara vurduğu zərərlər artmaqdadır. Bununla əlaqədər olaraq redaksiyamıza daxil olan suallardan biri də belədir ki, koronavirusa yoluxmuş kişi və qadınların sağaldıqdan sonra sonsuzluq kimi problemi yaranır. Hətta bu cür hadisələrin İran və Rusiyada gerçək olduğu iddiaları var.

Bu iddialara cavab tapmaq üçün cərrah mama-ginekoloq Mələk Qafarlı ilə əlaqə saxladıq.

O, bildirdi ki, COVİD-19 yeni bir virus olduğu üçün onun haqqında danışmaq hələ tezdir:

"Hansı fəsadlar ilə üzləşəcəyik hələ ki, bilmirik. Çox təəssüf ki, bunun üçün zaman lazımdır. Onu qeyd edə bilərəm ki, koronavirusun digər növləri olan "SARS və MERS"in sonsuzluğa gətirib çıxartdığı haqqında bir məlumat yoxdur. Böyük ehtimal COVİD-19-un da belə bir fəsadı olmaz. Lakin hər hansı bir keçici problemlər törədə biləcəyi mümkündür. Amma onların nə dərəcədə qalıcı olub-olmadığını bilməkdən ötrü geniş araşdırmalara ehtiyac var. Çünki sonsuzluq diaqnozunu qoymaq üçün müntəzəm cinsi əlaqə varlığında hamiləliyin baş tutması üçün 35 yaşdan aşağı xanımlarda bir il, 35 yaşdan yuxarı olan xanımlarda isə 6 ay müddət gözləmək lazımdır. Bu müddətdən tez ciddi səbəb olmadığı halda sonsuzluq diaqnozunu təsdiq edə bilmərik".

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin
 

Mənbə: sonxeber.az