Keçmiş “Queen” qrupunun üzvü infarkt keçirib

Keçmiş “Queen” qrupunun üzvü infarkt keçirib

Keçmiş “Queen” qrupunun gitaraçısı 72 yaşlı Brayn Mey özünün “Instagram” səhifəsində infarkt keçirdiyini söyləyib.

Open.az İspaniyanın elmundo.es saytına istinadən xəbər verir ki, həkimlər onun ürəyini qidalandıran üç arteriya damarında pozuntu aşkar ediblər.

“Əvvəllər özümü çox sağlam hesab edirdim, təzyiqim normal idi. Özümü formada saxlamaq üçün velosiped sürürdüm, pəhriz saxlayırdım. Bədənimdə ağrılar yarandığı üçün məni xəstəxanaya apardılar. Bu zaman 40 dəqiqə ərzində sinəmdəki ağrılar səngimədi, qollarım keyidi və məni soyuq tər basmışdı. Məlum oldu ki, sən demə yüngül infarkt keçirmişəm”, - deyə, B.Mey bildirib.

Gitaraçısı əlavə edib ki, damarlarında yaranan problem ölümə səbəb ola bilərdi. O, ona baxan həkimlərə minnətdarlığını çatdırıb. (AzərTac)

Mənbə: open.az