Koronavirusdan ölənlərin sayı gizlədilir - Britaniyada qalmaqal

Koronavirusdan ölənlərin sayı gizlədilir - Britaniyada qalmaqal

Birləşmiş Krallıqda koronavirusdan ölənlərin sayı 50 mini keçib.

Milli.Az bildirir ki, bu marədə məlumatı "Metro" nəşri yayıb. Worldometers saytında Birləşmiş Krallıq üzrə koronavirusdan ölənlərin sayı 39 min qeyd olunsa da, qəzetin yazdığına görə, real rəqəmlər daha çoxdur.

Məlumata görə, may ayının 22-də aparılan hesablamalara əsasən, İngiltərə və Uelsdə koronavirusdan ölənlərin birlikdə sayı 44401 nəfər olub. "Şotlandiya və Şimali İrlandiyanı da siyahıya qatsaq, ölənlərin sayı 50 mini keçib", - məqalədə qeyd edilib.

Emin
Milli.Az

Mənbə: news.milli.az