Sabirabadda koronavirus pandemiyasi ilə əlaqədar mübarizə tədbirləri davam etdirilir

Sabirabadda koronavirus pandemiyasi ilə əlaqədar mübarizə tədbirləri davam etdirilir

Bakı, 3 iyun, AZƏRTAC

Koronavirus pandemiyasının təsir dairəsinin genişlənməsinin qarşısının alınması məqsədilə Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər görülür.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları rayon ərazisində pensiya və müavinətlərin verilməsi ilə bağlı bankomatların önündə yarana biləcək sıxlığı nəzərə alaraq bu ərazilərə xüsusi nəzarət edirlər. Sosial məsafənin qorunması üçün lazımi tədbirlər yerinə yetirilir. Vətəndaşlarla ünsiyyət zamanı sosial məsafənin qorunmasının həm özlərinin, həm də digərlərinin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Mənbə: azertag.az