Nazirlər Kabineti rəsmisindən SƏRT AÇIQLAMA: “Karantin rejiminin yumşaldılması dayandırılır”

Nazirlər Kabineti rəsmisindən SƏRT AÇIQLAMA: “Karantin rejiminin yumşaldılması dayandırılır”

“Son günlər koronavirus infeksiyasının artması müşahidə olunur. Əsas səbəb vətəndaşların karantin rejiminə əməl etməməsidir”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, qapalı yerlərdə əhali qaydalara əməl etmir:

“Yenidən karantin rejiminin yumşaldılmasının dayandırılması və məhdudlaşdırmanın qoyulması məsələsi aktuallaşır.

O əlavə edib ki, cümə günü axşamdan bazar ertəsi səhər saat 05:00-a kimi tam qapadılma, məhdudlaşdırılma ola bilər:

“Hərəkətin tam məhdudlaşdırılması rejimi yaradılır”.

İlhamə Əbülfət

Mənbə: www.oxu.az