Nazirlər Kabinetindən internet klublarla bağlı AÇIQLAMA

Nazirlər Kabinetindən internet klublarla bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olunmuşdu. Mayın 31-dən etibarən isə bu vaxt 08:00-dan 22:00-dək uzadıldı. Lakin internet klubların aqibətinin necə olması ilə bağlı məlumat yoxdur. Məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat katibi İbrahim Məmmədovla əlaqə saxladıq.

O,

Yeniavaz.com-a açıqlamasında bununla bağlı hələ ki, bir məlumatın olmadığını və hər şeyin gedişatdan asılı olduğunu qeyd etdi:

“Təbii ki, hökumət istəyir ki, elə bir şərait yaransın ki, hamı işə getsin. Lakin hər şey gedişatdan asılıdır. Ekspertlər hesab etsələr ki, yumşalmalar dərinləşməlidir, o zaman getdikcə dərinləşəcək, yox, əksini desələr yumşaldılma olmayacaq. Yoluxmanın səviyyəsi imkan verərsə növbəti mərhələlərdə bu məsələyə baxıla bilər. Lakin hələ ki, bununla bağlı heç bir bir qərar yoxdur”.

İlahə Hüseynova

Mənbə: www.yeniavaz.com