Sumqayıtdakı 1 saylı xəstəxana artıq koronavirus xəstələrinə xidmət göstərəcək

Sumqayıtdakı 1 saylı xəstəxana artıq koronavirus xəstələrinə xidmət göstərəcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Sumqayıt şəhərindəki 1 saylı xəstəxana da tam olaraq koronavirusa yoluxmuş xəstələr üçün ayrılıb.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, bu cür xəstəxanaların COVİD-19 xəstələri üçün ayrılması digər xidmətlərin göstərilməsinin keyfiyyətinə təsir göstərə bilər: “Düzdür, tibbi xidmətlərdə heç bir axsamaya yol verilməyib. Amma bu, tibb müəssisələri üçün yük olur”.

Mənbə: az.trend.az