Karantini sərtləşdirməklə bağlı müraciət etdik - TƏBİB

Karantini sərtləşdirməklə bağlı müraciət etdik - TƏBİB

Nazirlər Kabineti yanında Operativ Qərargaha karantin rejimi qaydalarının sərtləşdirilməsi barədə müraciət etdik.

Axar.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib.

"Yoluxmaların 200-dən artıq olması, yəni gün ərzində yoluxanların sağalanların sayını 200-dən çox üstələməsi bizə bu müraciəti etmək üçün məcburiyyət yaratdı. Bu səbəbdən həftənin cümə günü axşamdan bazar ertəsindək küçəyə çıxma qadağası tətbiq olunacaq. Bakı, Sumqayıt, Abşeron, Gəncə, Lənkəran şəhərlərində bu qaydalar tətbiq olunacaq", - o bildirib.

R.Bayramlı qeyd edib ki, bayram günlərində də küçəyə çıxma qadağası tətbiq oluna bilər:

"Təklifimiz Operativ Qərargah tərəfindən qəbul edilib. Beynəlxalq təcrübədə də bu qadağa tətbiq olunmaqdadır. Biz bayram günlərində arxayınlaşaraq qaydalara əməl etmədiyimiz üçün yoluxmalar artmaqda davam etdi".

O, detallar barədə sabah ictimaiyyətə məlumat veriləcəyini vurğulayıb.

Mənbə: axar.az