Sabah yeni qadağalarla bağlı qərar veriləcək

Sabah yeni qadağalarla bağlı qərar veriləcək

Şənbə və bazar günləri həyatı vacib bir sıra sahələrin fəaliyyəti davam edəcək. Qəza xidməti sahələri, təcili yardım, stasionar tibb müəsisələri işini davam etdirəcək. Lakin bu sahələrdə işçilərin sayı məhdud olacaq. Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyinin sədri Ramin Bayramlı (TƏBİB) Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, elə istehsalat sahələri var ki, fasiləiz işləməlidir, bununla bağlı sabah qərar veriləcək.

“Zəruri işləməli olan müəssisələrin işçilərinin sayı məhdudlaşdırılacaq. Xüsusi sağlamlıq vəziyyətlərində və tibb müəssisələrinə getmək lazım olanda və zəruri xidmət sahələrində küçəyə çıxmağa sms vasitəsilə icazə veriləcək. İctimai nəqliyyat və fərdi nəqliyyatdan istifadəyə icazə verilməyəcək”.

Azvision.az

Mənbə: azvision.az