"İnsanlar xəstəxanalarda əziyyət çəkirlər" - TƏBİB sədri

"İnsanlar xəstəxanalarda əziyyət çəkirlər" -  TƏBİB sədri

Karantin rejiminin həftəsonları sərtləşdirilməsinin detalları məlum deyil. Bu gün burada səsləndirilənlər videokonfransda səslənən və TƏBİB tərəfindən verilən təkliflərdir. Bununla bağlı sabah Baş Nazirin çıxışında elan ediləcək. Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, məhdudiyyət dövründə cərimələr tətbiq ediləcək. “Məhdudlaşmanın hansı formasından asılı olmayaraq cərimələr təsdiqlənib”.

Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyinin sədri Ramin Bayramlı bildirib ki, küçəyə çıxmaqla bağlı əvvəlki qanunlar qüvvədədir.

“Biz bir həftə öncə rayonlararası gediş-gəlişi açmaq ümidini gözləyirdik, bu barədə danışırdıq. Amma bu gün artıq qapanmadan danışırıq. İnsanlar xəstəxanalarda əziyyət çəkirlər. Həkimlərimiz isti havada, xüsusi paltarda xidmət edir. Bütün bunlar qaydaların sərtləşdirilməsinə getməyə vadar etdi”.

Azvision.az
 

Mənbə: azvision.az