“Virtual əlaçı” müsabiqəsinin qalibi Fəxri fərmanla təltif olunub

“Virtual əlaçı” müsabiqəsinin qalibi Fəxri fərmanla təltif olunub

İsmayıllı, 3 iyun, AZƏRTAC

Təhsil Nazirliyinin keçirdiyi “Virtual məktəb” layihəsinin davamı olaraq həftəlik “ Virtual əlaçı” müsabiqəsinin VI həftəsinin qalibi İsmayıllı şəhər 3 saylı məktəb liseyin 6-cı sinif şagirdi Əhmədli Aynur İlqar qızı olub.

AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, Aynur Əhmədli dərs əlaçısı, məktəb tədbirlərinin fəal iştirakçısıdır. Təhsil aldığı dövrdə bir çox uğurlar qazanıb. Aynurun son uğuru məktəb rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib, o, Fəxri fərmanla təltif olunub.

Qeyd edək ki, Təhsil Nazirliyi pandemiya təhlükəsi ilə əlaqədar tətbiq olunan karantin rejimi dövründə təhsildə fasilələri məhdudlaşdırmaq üçün distant təhsil proqramından geniş istifadə edir.

Mənbə: azertag.az