Dəridə bu səpkilər koronavirusun əlaməti ola bilər

Dəridə bu səpkilər koronavirusun əlaməti ola bilər

Koronavirus infeksiyası dəridə səpkilər və qaşınma ilə də xarakterizə oluna bilər.

Milli.Az medicina.az-a istinadən bildirir ki, dermatoloqlar koronavirusa yoluxanlarda 7 müxtəlif dəri patologiyası aşkarlayıblar.

Bunlar damar divarlarının iltihabı, papulo səpki, toksidermiya, övrə, üzdə trofik dəyişikliklər.

"Hələ ki, tam dəqiq demək olmaz ki, bütün növ səpki, damar patologiyası, trofik dəyişikliklər koronavirus əlamətidir, amma indiki zamanda dəridə hər hansı dəyişiklik xəstələri və həkimləri diqqətli olmağa vadar etməlidir.

Koronavirus damarları zədələyir, yerli iltihab yaradır, bu da dəridə suluq, qabarcıq, tıxaclar kimi görünür.

Dəridə belə dəyişikliklər baş verərsə, xəstə dərhal həkimə müraciət etməli,test götürülməlidir - deyə dermatoloqlar bildirir.

Milli.Az

Mənbə: news.milli.az