Vaşinqtonda komendant saatı uzadıldı

Vaşinqtonda komendant saatı uzadıldı

ABŞ-ın Vaşinqton şəhərinin meri Müriel Bouzer komendant saatını bir gün uzadıb, lakin onu daha gec saata çəkib. “Qafqazinfo” bildirir ki, bu barədə “RİA Novosti” xəbər verib.

Mətbuat konfransında çıxış edən merin sözlərinə görə, çərşənbə günü komendant saatı yerli vaxtla saat 19:00-da yox, 23:00-da başlayacaq.

O, həmçinin şəhərdə qoşun və xüsusi xidmətin olmasından narahatlıq keçirdiyini bildirib.

Qeyd edək ki, Minneapolis şəhərində (Minnesota ştatı) polis tərəfindən saxlanılmasından sonra ölən afroamerikalı Corc Floyda görə ölkəni etiraz aksiyaları bürüyüb, bir neçə ştat və şəhərlərdə komendant saatı elan edilib.

Mənbə: qafqazinfo.az