ABŞ-da polis tərəfindən öldürülən Corcun həyat yoldaşı DANIŞDI

Polisa tərəfindən boğularaq öldürülən qara dərili Corc Floydun həyat yoldaşı və qızı ilk dəfə danışıb.

''Ölkə.Az'' xəbər verir ki, Corc Floydun qızı Cianna və həyat yoldaşı Roxie Vashinqton Minneapolisdə mətbuat konfransında çıxış ediblər. Roksie danışarkən göz yaşlarına hakim ola bilməyib.
''Floyd üçün ədalət istəyirəm. Çünki o çox yaxşı insan idi. Bizim əlimizdən kimi aldığınızı bilməyinizi istəyirəm. Onu öldürənlər axşam uşaqlarının yanına gedirlər. Ancaq Ciannanın atası həyatda deyil. Həyat yoldaşım qızının böyüdüyünü, onun məzun olduğunu, toyunu heç vaxt görə bilməyəcək''.

Ölkə.Az

Olke.az

ƏVVƏLKİ XƏBƏR

Kubokun sahibi müəyyənləşdi

SONRAKI XƏBƏR

İtaliya kritik dönəmi arxada qoydu