Londonda minlərlə insan küçələrə axışıb

Londonda minlərlə insan küçələrə axışıb

London, 4 iyun, AZƏRTAC

Afrika əsilli amerikalı Corc Floydun polis tərəfindən öldürülməsi ilə bağlı etiraz aksiyalarının keçirildiyi bu günlərdə minlərlə insan London şəhərinin fərqli hissələrində küçələrə axışıb.

AZƏRTAC xəbər verir ki, Hayd Park ərazisində başlayan mitinq Baş Nazirin əyləşdiyi Dauinq Strit və Parlament binasının qarşısında davam edib. Etirazlar zamanı yollarda maşınların hərəkətində maneələr yaranıb.

Bundan öncə isə etirazlar Trafalqar meydanı ərazisində keçirilmişdi.

Qeyd edək ki, mayın 25-də Afrika əsilli amerikalı Corc Floyd polis tərəfindən öldürülüb. İnsidentlə bağlı kadrlar internetdə yayıldıqdan sonra polislərdən dördü işdən çıxarılıb, birinə isə ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi üzrə ittiham irəli sürülüb.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

Mənbə: azertag.az