Nyu-Yorkda mənzil alan səfirin həyat yoldaşından açıqlama: "Şəxsi məsələdir"

Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimovanın həyat yoldaşı Aydın Hüseynov Nyu-Yorkda 165 min dollara aldıqları mənzillə bağlı yayılan xəbərə münasibət bildirib.

Aydın Hüseynov jurnalist Cavanşir Həsənliyə göndərdiyi məktubda diplomat xanımının və özünün adına aldıqları mənzilin şəxsi məsələ olduğunu yazır: "Doğru məlumata sahib olduğunuzu hesab etmirəm. Bəli, bu şəxsi məsələdir. Uzun illərdir Wall Street-də işləyirəm və həqiqətən Nyu-Yorkda və digər ünvanlarda mənim və həyat yoldaşımın əmlak satın almışam".

A. Hüseynov bunu özü ilə bağlı göndərdiyi məlumatlarla izah edib. Məlumatlarda Aydın Hüseynovun The Benchmark Company, LLC biotexnoloji şirkətində icraçı direktor, bundan əvvəl isə Oppenheimer & Co. Inc. şirkətində maliyyəçi analitik kimi çalışdığı qeyd olunur.

Qlobal.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ-da koronavirusa yoluxanların sayı 1,9 milyonu keçib

SONRAKI XƏBƏR

Prezidenti İlham Əliyev Ağcabədidə "ASAN xidmət" mərkəzinin açılışında iştirak edib - (FOTO/VİDEO)