Ağ Evin yaxınlığında etirazçılar dizi üstə bir dəqiqəlik sükut keçirdilər

Ağ Evin yaxınlığında etirazçılar dizi üstə bir dəqiqəlik sükut keçirdilər

Ağ Evə yaxın küçələrdə etiraz edənlər Corc Floydun xatirəsinə dizi üstə bir anlıq sükut elan etdilər.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı RİA Novosti agentliyi yayıb.

Mənbə bildirir ki, Lafayette meydanına yaxınlaşanlara maneçilik törədən hərbçilər və polislər ayaq üstə qalıblar.

Bundan əvvəl bəzi şəhərlərin polis və rəsmiləri etirazçılara həmrəylik göstərərək onlarla birlikdə diz çökməyə razılıq vermişdilər.

“Hüquq mühafizə orqanları etirazçılara cavab vermir. Sakinlər şüarlar səsləndirirlər. Mitinq dinc keçir”. Agentlik belə yazır.

Ötən bazar ertəsi afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsi ilə əlaqədar ABŞ-da etiraz və toqquşma dalğası başladı.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az