Sumqayıtda dövlət qurumunun 5 əməkdaşı koronavirusa yoluxdu, 18 nəfər isə... – ÖZƏL AÇIQLAMA

Sumqayıtda dövlət  qurumunun 5 əməkdaşı koronavirusa yoluxdu, 18 nəfər isə... – ÖZƏL AÇIQLAMA

Sumqayıt Telekommunikasiya Qovşağının (STQ) 5 əməkdaşı koronavirusa yoluxub.

Xeberle.com-un əldə etdiyi məlumata görə, qurumun koronavirus aşkarlanan əməkdaşlarının çalışdığı şöbənin fəaliyyəti dayandırılıb və orada çalışan digər işçilər də karantinə alınıb.

Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Nəriman Salmanovun da sosial izolyasiya da olduğu qeyd olunur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat katibi Günel Gözəlova Xeberle.com-un özəl sorğusuna cavab olaraq bildirib ki, "Aztelekom” MMC-nin Sumqayıt Telekommunikasiya Qovşağının Kommersiya şöbəsinin 1 əməkdaşı koronovirus infeksiyasına yoluxma şübhəsi ilə karantinə alınıb: "Həmin əməkdaşla təmasda olmuş şəxslərin ilkin yoxlanılması zamanı daha 4 nəfərdə test nəticələri pozitiv olub”.

G. Gözəlova vurğulayıb ki, bununla əlaqədar qovşağın daha 18 əməkdaşından testlər götürülüb və nəticələr bəlli olanadək onlar evdə sosial izolyasiyada yerləşdiriblər: "Qovşağın inzibati binasında, iş otaqlarında mütəmadi dezinfeksiya işləri aparılır. TKQ-nin rəhbərliyinin koronovirus infeksiyasına yoluxma şübhəsi ilə karantinə alınması məlumatı isə həqiqəti əks etdirmir.

Mətbuat katibi sözlərinə onu da əlavə edib ki, hazırda Sumqayıt TKQ-nin fəaliyyəti normal şəkildə davam etdirilir. Karantin qaydalarına riayət edilməklə abunəçilərə rabitə xidmətləri göstərilir.

Qeyd edək ki, rəsmi məlumata görə, Sumqayıtda indiyədək 260 nəfər koronavirusa yoluxub.

Xədicə Səxavətqızı

Xeberle.com

Mənbə: xeberle.com