Balıqçı rekord böyüklükdə avarburun balığı tutaraq MƏŞHURLAŞDI - FOTO

Balıqçı rekord böyüklükdə avarburun balığı tutaraq MƏŞHURLAŞDI - FOTO

ABŞ-ın Oklahoma əyalətindəki Keyston gölündə balıqçı Jeremiah Mefford rekord böyüklükdə avarburun balığı tutaraq internet ulduzuna çevrilib.

BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə "For The Win! | USA Today" saytı yazır.

Belə ki, turistik balıqçılıq şirkətinin sahibi olan Jeremi balıq tutmaq üçün ailəsi ilə birlikdə şənbə günü gölə gedib. O, oğlu və həyat yoldaşı ilə birlikdə 65 kiloqram ağırlığında avarburun balığını tutub.



Yerli qanuna əsasən, bazar ertəsi və cümə günü tutulan avarburun balıqlar gölə qaytarılmalıdır.

Şənbə günü olduğundan Mefford balığı ölçülərini götürmək üçün saxlayıb.

Təxminən bir saata əraziyə gələn bioloqlar rekordu təsdiqləyiblər.

Daha sonra balıq sərbəst buraxılıb. Bioloqlar balığın zədələnmədiyindən əmin olmaq üçün bir neçə dəqiqə onun ardınca üzüblər.



Ştatın əvvəlki rekordu 2018-ci ildə Arkanzas çayında təxminən 60 kiloqram ağırlığında avarburun balığını tutan amerikalıya aiddir.

Natəvan Baxşiyeva

 

Mənbə: big.az