Prezidentin tibbi maskadan istifadəsi cəmiyyətimiz üçün nümunədir - ŞƏRH ÖZƏL

Prezidentin tibbi maskadan istifadəsi cəmiyyətimiz üçün nümunədir - ŞƏRH ÖZƏL

“Biz müşahidə etdik ki, karantin rejiminin şərtləri yumşaldıqca xəstəliyin dinamikası artdı. Bu ondan xəbər verir ki, birinci növbədə vətəndaşlarımız bu məsələyə biganə yanaşırlar və bu biganəlik sonda böyük bir problemə çevrilirsə vəziyyət daha da ağırlaşa bilər. Hər birimiz üçün tələb olunan sadə bir prosedurdan- tibbi maskalardan istifadəyə əhəmiyyət vermək lazımdır”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Aydın Hüseynov deyib.

Deputatın sözlərinə görə, tibbi maskalardan istifadə hər birimizin öz şəxsi sağlamlığımız, eyni zamanda yaxınlarımızın və ətrafımızdakı insanların sağlamlığının qorunması üçün vacibdir: “Ölkə Prezidenti İlham Əliyev də insanlarla görüşü, müxtəlif səfərləri zamanı tibbi maskadan istifadə edir. Bu bizim üçün bir nümunə, bir örnəkdir”.

A.Hüseynov bildirib ki, ümumilikdə götürdükdə hər birimiz bir fərd kimi məsuliyyət daşıyırıq: “Bizim çox sadə bir məsuliyyətsizliyimiz ümumilikdə böyük bir bəlaya çevrilə bilər. Konkret olaraq bilməliyik ki, bu gün elə bir proses baş verir ki, biz hər birimiz daha diqqətli və məsuliyyətli olmalıyıq. Əgər biz özümüzün, ailəmizin sağlamlığının qeydinə qalmaq istəyiriksə, çox sadə bir üsuldan - tibbi maskalardan istifadə etməliyik. Ölkə Prezidenti hər mövzuda olduğu kimi bu mövzuda da bizim üçün nümunədir”.

Mənbə: sia.az