Dünyanın koronavirus sinağı - VİDEO

Dünyanın koronavirus sinağı - VİDEO

Bütün dünyanı əhatə edən koronavirus pandemiyası bir çox ölkələrin tətbiq etdiyi sərt karantin tədbirləri nəticəsində bir qədər səngiyib. Bu isə insanların məsuliyyətli davranışının hesabına mümkün olub. Təəssüflər olsun ki, Azərbaycanda bunun tam əksini müşahidə edirik.

Hökumət karantin rejimini yumşaltdı, amma vəziyyətdən sui istifadə edən insanlar küçələrə axışdılar, sosial məsafəni pozdular, qoruyucu maskaları isə sanki bir aksesuar kimi ya ciblərində, ya da çantalarında gəzdirməyə başladılar. Nəticədə isə son günlər virusa yoluxanların sayında kəskin artım müşahidə olundu. Artıq yoluxanlar 300-400-lə ifadə olunur, ölənlərin sayı da artıb.

İnsanların təhlükəsizliyini təmin etmək üçün hökumət sərt qaydalar tətdbiq edilməyə başladı. Qapalı məkanlarda tibb maska taxmayanlar cərimələdi. Cərimələrin miqdarı isə 50-400 manat müəyyən olundu.

Təəssüflər olsun ki, görülən tədbirlərdən, cərimə sanksiyalarından sonra belə insanlar yenə də qayda-qanunlara riayət etmədilər. Bunun nəticəsi olaraq operativ qərargah karantin rejiminin yumşaldılması prosesinin dayandırılması barədə qərar qəbul etdi, hətta yeni məhdudlaşdırma qaydalarının da müzakirə olunduğunu bildirdi. Eyni zamanda cümə günü axşamdan bazar ertəsi səhərə qədər tam qapadılma, hərəkətin məhdudlaşdırılması tətbiq oluna bilər.

Mənbə: www.realtv.az