Bakı-Sumqayıt qatarlarının sayı artırıldı - YENİ QRAFİK

Bakı-Sumqayıt qatarlarının sayı artırıldı - YENİ QRAFİK

Abşeron Dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarların sayı artırılıb.

Bu barədə Oxu.Az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, ölkəmizdə karantin rejimi müddətinin iyunun 15-dək uzadılması və tətbiq edilən məhdudiyyətlərin bir qisminin yumşaldılması ilə əlaqədar Abşeron Dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara tələbat çoxalıb.

Bildirilib ki, həmin istiqamətdə sərnişinlərin karantin qaydalarına uyğun hərəkətinin təmin edilməsi və sıxlıq yaşanmaması üçün qatarların sayı artırılıb. Bu məqsədlə Bakı-Xırdalan-Sumqayıt-Bakı, Bakı-Pirşağı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlinə dəyişiklik edilib.

Yeni hərəkət cədvəlini təqdim edirik.

Mənbə: oxu.az