Azərbaycanda yoluxma niyə artdı? - Baş epidemioloq

Azərbaycanda yoluxma niyə artdı? - Baş epidemioloq

"Koronavirusun sürətlə yayılmasının bir səbəbi var - əhalinin göstərilən qaydalara riayət etməməsi".

Sabah.az xəbər verir ki, bunu Respublikanın Baş epidemioloqu İbadulla Ağayev Azərbaycan Televiziyasına verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, pandemiyanın geniş yayılmasının qarşısını almaq üçün həm açıq, həm də qapalı məkanlarda maskalardan istifadə olunmalıdır.

“Qərəzli yayılan məlumatlara inanmaq lazım deyil. Normativlərə əməl olunmalı, ara məsafəsi gözlənməlidir. Unutmaq lazım deyil ki, dövlətin həyata keçirdiyi tədbirlər vətəndaşların mənafeyi üçündür”, - deyə İ.Ağayev qeyd edib.

O, əhaliyə səslənərək yaxınlarını və doğmalarını qorumağa, maskalardan düzgün istifadə etməyə, obyekt sahiblərini isə məsuliyyətli olmağa çağırıb.

Mənbə: sabah.az